Zenavit


45 azn
Stokda: Var
Brend : Veqa
Pulsuz çatdırılma
Son istifadə tarixi: 30.06.2023

HAQQINDA

Təsvir: Zenavit - immunitetin mohkemlenmesi ucun effektiv preparatdı. İmmunostimulyator, antioksidant. 

Exinaseya – təbii, bitki mənşəli immunostimuləedici vasitədir. Exinaseya tərkibindəki polisaxaridlər, qlikoproteinlər, üzvü turşular, efir yağları, terpen birləşmələri və poliatsetilenlər hesabına faqositoz proseslərini stimulə edir, iltihabəleyhinə faktorların miqdarını artırır, makrofaqların, interleykinlərin və leykositlərin (T və B limfositlərin) sintezini stimulə edir. Beləliklə, exinaseya orqanizmin humoral və hüceyrəvi immunitetini gücləndirməklə, orqanizmin yad maddələrə və törədicilərə (virus, bakteriya, göbələk eləcə də ibtidailərə) qarşı müqavimətini artırır. Ümumi immun sistemin funksional fəaliyyətini gücləndirməklə, exinaseya ultrabənövşəyi şüalarla şüalanmanın, ionlaşdırıcı radiasiyanın, kimyəvi terapiyanın və uzun müddətli dərman preparatlarının istifadəsi zamanı yarana biləcək fəsadları məhdudlaşdırır. Yanaşı olaraq exinaseya birbaşa streptokokklara, stafilokokklara, bağırsaq çöplərinə, herpes və qrip viruslarına güclü məhvedici təsir edir. Həzm sistemindən exinaseya rahat sorularaq, az bir zamanda orqan və toxumalarda lazımi konsentrasiyanı toplayır.
Selen – insan orqanizmində müxtəlif liposaxaridlərin, zülalların və fermentlərin fəaliyyəti üçün vacib rola malikdir. Çox güclü antikanserogen təsirə malik olmaqla müxtəlif bədxassəli şişlərin yaranmasının və inkişafının qarşısını alır. Həmçinin, selen spermatozoidlərin müdafiəsini və hərəkətliliyini təmin edir. Buna görə də kişi sonsuzluqları zamanı geniş istifadə olunur. O qalxanabənzər vəzinin tərkibində yod olan hormonlarının sintezi üçün əvəzolunmaz rola malikdir. Buna görə də yod çatışmazlığı ilə mübarizədə geniş istifadə olunur. Güclü antioksidant təsirə malikdir, eyni zamanda hüceyrə membranını atomar oksigenin təsirindən qorunmasında vitamin E-in fəaliyyətinə də əhəmiyyətli köməklik edir.
Vitamin C – metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, qida vasitəsilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.

İstifadəsinə tövsiyyələr:
– Qrip və respirator virus xəstəlikləri
– Müxtəlif xəstəliklər zamanı immun sistemin funksional zəifliyi ilə müşayiət edilən hallarda.

Tərkibi:
-Exinaseya
-Beta-qlukan
-Vitamin C
-Selen
-D3 vitamini
Buraxılış forması: 60 kapsul
Istifadə qaydası: 1 kapsul gunde 2 dəfə - yeməkdən sonra

Oxşar məhsullar

Peanut butter

Peanut butter


12 azn
Vitamax Women

Vitamax Women


25 azn
İnsumar

İnsumar


25 azn

Pulsuz çatdırılma

Bizim saytdan hər hansı məhsul sifariş verdikdə, məhsul sizə pulsuz catdırılır.

TƏHLÜKƏSİZ ALIŞ-VERİŞ

Bizim sayt təhlükəsiz alış verişinizə tam zəmanət verir və etibarlı ( Https ) təhlükəsizlik sistemi ilə müqavilə əsasında bütün məlumatlar qorunur.

ORİJİNAL MƏHSULLAR

Bütün məhsullarımız Azərbaycan Respublikasını Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sertifikatlaşdırılıb.

MÜŞTƏRİ XİDMƏTİ

Məhsullarla bağlı istənilən sual yarandıqda, bizimlə əlaqə saxlaya bilərsiz.