Təsvir: Orsabest – Avropa istehsalı olan və təbii tərkibə malik kompleksdir, tərkibində sink, selen və vitamin E vardır. İmmun sisteminin gücləndirilməsi üçün istifadə olunur, eyni zamanda cinsiyyət sisteminin və dəri xəstəliklərinin müalicəsində istifadə olunur.
Sink - bakteriya və virusları öldürmək üçün lazım olan T limfositlər istehsal edən immun sisteminin əsas orqanı olan timus vəzi işləməsi üçün vacibdir. Sink ionları α və γ interferonların istehsalını stimullaşdırır. Sink soyuqdəymə xəstəliklərinə qarşı mübarizədə effektivdir, çünki o, burnun selikli qişasında soyuqdəymə viruslarına sahib hüceyrələrin yapışmasının qarşısını alır – o, sadəcə onların yerləşmə bazasını zəbt etdiyinə görə onları qovur. Sink soyuqdəymədən qaynaqlanan mümkün iltihab reaksiyalarını yüngülləşdirməyə kömək edir, çünki histaminin buraxılmasının qarşısını alır və prostaqlandin mübadiləsini dayandırır.
Selen - İmmunitet üçün olduqca əhəmiyyətli mineraldır. Selen dəniz məhsulları, ət, soğan və sarımsaqda olur. Bu mineralın antioksidant təsiri yüksəkdir və bədənin toksinlərlə mübarizə aparan hüceyrələrini əhəmiyyətli dərəcədə gücləndirir. Selen - orqanizmi sərbəst radikalların təsirindən qoruyur. Selen - orqanizmdə iltihabların azalmasına kömək edir, immun hüceyrələrinin istehsalını sürətləndirir və immun sisteminin göstəricilərinin xeyli yaxşılaşmasına səbəb olur.
E vitamininin immunomodullaşdırıcı effekti T-hüceyrəvi və humoral immunitetin stimulyasiyası ilə əlaqədardır. Vitamin E insan orqanizmində maddələr mübadiləsinin normada saxlanması, dəri və toxumalarda adi metabolik proseslərin səbəb olduğu zədələnmələrdən qorunasında vacib rol oynayır.
Beləliklə, ORSABEST-in tərkibində immunitetin gücləndirilməsi üçün 3 vacib komponent – sink, selen və Vitamin E vardır. ORSABEST-in bir qutusunda 30 kapsul var.
Tərkib:
Selen
Sink
Vitamin E
İstifadə qaydaları: Hər gün səhər yeməyindən sonra,1 kapsul qəbul etmək tövsiyyə olunur.
Burxılış gorması: 30 kapsul