Bestline Nutrition istehsalı Fish Oil - Avropa keyfiyyətli balıq yağıdır. Tərkibində əvəzolunmaz Omeqa-3 yağ turşuları – eykozapentaen turşusu (EPA) və dokozageksaen turşusu (DHA) var. Balıq yağının tərkibində insan orqanizmi üçün lazım olan Omeqa-3 yağ turşuları var. Orqanizm onları özbaşına hasil edə bilmədiyinə görə, insan üçün polidoymamış yağ turşularının yeganə mənbəyi qidadır, xüsusilə də yağlı balıqdır.
Omeqa-3 turşularının çatışmazlığını doldurmağın ən asan və sadə üsulu – balıq yağının müntəzəm qəbuludur. Balıq yağının tərkibindəki A vitamini bizim orqanizmimizə yaxşı görmə qabiliyyətini saxlamaq, saçların, dərinin, burnun, boğazın, həzm və tənəffüs sistemlərinin selikli qişalarının sağlamlığını qorumaq üçün lazımdır.
Fish Oil 120 kapsul
Bestline Nutrition firmasının istehsalı Fish Oil-un üstünlükləri:
- ürək-damar sisteminə düşən yüklənməni azaldır;
- baş beynin daha effektiv işləməsinə şərait yaradır;
- orqanizmdə doymuş yağları yandırmağa və bununla da arıqlamağa kömək edir;
- orqanizmdə stress hormonlarının hasilatını azaldır;
- qanın laxtalanma qabiliyyətini əhəmiyyətli dərəcədə azaldır;
- qan təzyiqini normallaşdırmağa kömək edir;
`- prostaglandinlərin - xüsusi iltihabəleyhinə (şiş və ağrılardan qurtulmağa kömək edirlər) xüsusiyyətlərə malik olan maddələrin hasilatında iştirak edir.
Çoxsaylı elmi tədqiqatlar göstərmişdir ki, balıq yağı tək ürək və damar xəstəliklərinin profilaktik vasitəsi deyil, həm də artıq çəki ilə bağlı olan xəstəliklərin riskini azaldan effektiv preparatdır. Bütün bunlarla yanaşı, balıq yağı orqanizmdə insanın əhval-ruhiyyəsini qaldıran serotonin hormonunun hasilatını yüksəldir. Ona görə də, balıq yağının çoxsaylı faydalı xüsusiyyətlərə malik olmasını nəzərə alaraq demək olar ki, hər bir kəs onu qəbul etmək üçün mütləq bir səbəb tapacaqdır.
Məhsulun bir porsiyasında(3 kapsul) qida maddələrinin tərkibi:
Balıq yağı 3000 mq
Omeqa-3 900 mq
Eykozapentaen turşusu 540 mq
Dokozageksaen turşusu 360 mq
İstifadə qaydaları: Qida qəbulu zamanı kifayət miqdarda su ilə gündə 1-3 kapsul qəbul edin.
Bağlamada porsiyaların sayı: 40
İstehsalçı: Bestline Nutrition