Bestline Nutrition istehsalı ZMA əlavəsi – testosteron səviyyəsinin yüksəldilməsi üçün idman qidalanmasıdır. Kompleks dözümlülüyü artırır, kişilərdə əzələ artımını yaxşılaşdırır. Bestline Nutrition ZMA intensiv məşq edən atletlər üçün nəzərdə tutulmuş sink, maqnezium və B6 vitamini kompleksidir. Maqnezium enerji metabolizmini lazımi səviyyədə saxlamağa, zülal sintezinə və əzələlərin normal fəaliyyətinə kömək edir. Sink qanda testosteron səviyyəsini normada saxlayır. Vitamin B6 qlikogen hasilatına kömək edir, hormonal aktivliyi tənzimləyir. Bu qarışıq anabolik hormonların (testosteronun, IGF-1) səviyyəsini yüksəldir və güc məşqlərinin köməyilə əzələ gücünü çoxaldır.
ZMA 120 tablet
ZMA — azad testosteron, ümumi testosteron, eləcə də insulinəbənzər IGF-1 böyümə faktoru səviyyəsini yüksəldən 100% təbii, yüksək effektivliyə malik əlavədir. Bu mineralların kombinasiyası həmçinin əzələ toxumalarının gücünü və məhsuldarlığını artırır. Maqnezuim, Sink və B6 vitamininin sinergetik birləşməsi xüsusi olaraq əzələ gücünün, dözümlülüyün artırılması, eləcə də fiziki yüklənmələrdən sonra toxumaların sağalması və bərpası üçün yaradılmışdır.
Ağır fiziki yüklənmələrdən sonra tez bir zamanda bərpa olunmaq qabiliyyəti – bir çoxlarının fikir vermədiyi bir şeydir, amma bərpa müddətinin azaldılması orqanizmin güc imkanlarını artırmağa imkan verir. Bestline Nutrition istehsalı ZMA kompleksi sink, maqnezium və B6 vitaminindən ibarətdir. Bu qarışıq ağır fiziki fəaliyyətdən sonra orqanizmin bərpa müddətini azaltmağa və bədəndə testosteron səviyyəsini yüksəltməyə kömək edir. Və bütün bunlar yuxu zamanı, bədəndə gecə işə düşən təbii bərpa prosesi ilə paralel baş verir.
Sink
Sink hüceyrələrin fəaliyyətində mərkəzi rol oynayır, onların böyüməsini və regenerasiyasını dəstəkləyir. O, fiziki yüklənmələr nəticəsində yaranan zədələrdən sonra əzələləri bərpa etməyə kömək edir.
Maqnezium
Maqnezium ATF enerjisinin istehsalı, əzələlərin yığılması və normal elektrolit balansının dəstəklənməsi üçün lazımdır. Bu orqanizmin güc imkanlarının artması deməkdir. Eyni zamanda o, bədəndə hidratasiya səviyyəsini normada saxlamağa kömək edir – bu hüceyrələrin düzgün böyüməsi və bərpası üçün vacib şərtlərdən biridir.
B6 vitamini
B6 vitamini bu kompleksin üçüncü komponentidir. O ZMA-nın bərpaedici funksiyasını gücləndirir. B6 vitamini sinkin və maqneziumun sorulmasına kömək edərək onların bədəndə maksimum konsentrasiyada toplanmasına və daha güclü effekt verməsinə şərait yaradır.
Bestline Nutrition istehsalı ZMA-nın üstünlükləri:
Məhsulun bir porsiyasında(1 tablet) qida maddələrinin tərkibi:
Sink - 15 mg
Magnesium -120 mg
Vutamin B6 - 5 mg
İstifadə qaydaları: Gündə bir dəfə, ən yaxşısı yatmazdan 30-60 dəqiqə əvvəl 3 tablet qəbul edin. Optimal nəticə əldə etmək üçün bu kompleksi yeməklə və ya tərkibində kalsium olan məhsullarla birlikdə qəbul etməyin.
Bağlamada porsiyaların sayı: 120
İstehsalçı: Bestline Nutrition