Caldeva


22 azn
Stokda: Var
Brend : Veqa
Son istifadə tarixi: 01.08.2026

HAQQINDA

Tərkibi:

Hər bir örtüklü tabletin tərkibində 450 mq elementar kalsiuma ekvivalent kalsium karbonat və 400 BV D3 vitamini vardır.

Köməkçi maddələr: Mikrokristalin sellüloza, qarğıdalı nişastası, PVPK 30, natrium benzoat, jelatin, kroskarmelloza natrium, koloidal silikon dioksid, talk, maqnezium stearat, rəngli titatnium dioksid.

 

Bioloji fəallığa malik qida əlavəsinin istifadəsinə dair təlimat

Məhsulun təsviri:

Caldeva tabletlərinin tərkibində elementar kalsiumun ən yüksək nisbətini təmin edən kalsium karbonat və kalsiumun udulmasına kömək edən D3 vitamini vardır.

İnsan orqanizmində ən çox tapılan mineral kalsiumdur. Sinir, əzələ və skelet sistemlərinin funksional bütövlüyü üçün kalsium vacibdir. Kalsium həmçinin ürək və böyrəyin normal fəaliyyətində, tənəffüs prosesi, qanın laxtalanması və kapilyar keçiricilikdə rol oynayır. İnsan orqanizmində kalsiumun əsas hissəsi (99%) sümüklərdə olur.

Kalsiumun udulma dərəcəsi pəhriz faktorlarından, nazik bağırsağın vəziyyətindən və fizioloji statusdan asılıdır. Hamiləlik və laktasiya dövründə udulma artır.

Kalsium karbonat mədə turşusunun iştirakı ilə kalsium xloridə çevrilir və bağırsaqdan sorulur. Serumdakı kalsiumun, təxminən, yarısı zülallarla birləşir, 5-10%-i asanlıqla nüfuz edə bilən kiçik üzvi duzlar, qalan hissəsi isə sərbəst ionlar şəklində kompleksləşir. Kalsium sorulduqdan sonra sümük və dişlərə daxil olur və orqanizmdən əsasən sidiklə atılır. Nazik bağırsaqlardan tamamilə sorulan D3 vitamini kalsiumun da sorulmasını gücləndirir.

D3 vitamini (xolekalsiferol) ağızdan qəbul edildikdə sürətlə sorulur. Onun dövranı spesifik qamma-qlobulinlər vasitəsilə baş verir, piy və əzələ toxumasında uzun müddət saxlanıla bilər, ifrazı isə əsasən öd və nəcislə olur.

 

Göstərişlər:

*Hamiləlik və laktasiya dövründə osteopeniya və osteoporozun qarşısının alınması.

*Xroniki böyrək çatışmazlığı, postmenopozal mərhələ və yaşlanma ilə əlaqədar kalsuima tələbatın artması hallarında.

 *Osteoporozda sümük demineralizasiyasının dayandırılması və ya yavaşladılmasında kalsium əhəmiyyətli rol oynayır.

* sümüklərin möhkəmliyini və sinir sağlamlığını qorumaq məqsədi ilə.

 

İstifadə qaydası və dozası:

Caldeva gün ərzində 1-2 tablet yeməklə qəbul olunur.

 

Əks göstərişlər:

Caldeva Tabletlərinin istifadəsi birincili hiperparatireoz, metastatik hiperkalsemiya və çoxsaylı miyeloma kimi hiperkalsemik vəziyyətdə əks-göstərişdir.

 

Ehtiyat tədbirləri:

Kalsium əlavəsi dehidratasiya (susuzlaşma) və ya elektrolit balanssızlığı zamanı tətbiq edildikdə hiperkalsemiya riskini artırır. Xroniki ishal və ya malabsorbsiyası olan xəstələrin, adətən, kalsium əlavələrinə ehtiyacı olsa da, belə şəraitdə kalsium preparatlarının qəbulu kalsiumun ifrazını artıra bilər.

Caldeva tabletləri böyrək funksiyası pozulmuş xəstələrə ehtiyatla verilməlidir. Böyrək daşları olan xəstələrdə hiperkalsiuriyanı istisna etmək üçün sidiklə kalsiumun ifrazı ölçülməlidir.

 

Hamiləlik və Laktasiya:

Araşdırmalar göstərir ki, hamiləlik dövründə kalsiumun tövsiyə olunan dozalarda istifadəsi heç bir problem yaratmır. Əlavə kalsiumun ana südü ilə xaric olmasına baxmayaraq, Caldeva tabletlərində olan kalsiumun konsentrasiyası körpədə hər hansı bir mənfi təsir yaratmaq riski daşımır.

 

Yan təsirlər:

Nadir hallarda yüngül mədə-bağırsaq qıcıqlanması, ürəkbulanma və qusma baş verə bilər.

 

Digər preparatlarla qarşılıqlı təsiri:

Caldeva tabletlərinin digitalis, verapamil, fenitoin, tiazid diuretikləri və antasidlərlə eyni vaxtda qəbulundan çəkinmək lazımdır.

Kalsium kanal blokerləri: Yüksək dozada kalsium əlavələri ilə eyni vaxtda istifadəsi verapamilə reaksiyanı azalda bilər.

 

Doza həddinin aşılması:

Doza həddinin kəskin və ya xroniki olaraq aşılması hiperkalsemiya, hiperfosfatemiya və bəzən hipermaqnezemiyaya səbəb ola bilər. Qan plazmasında kalsiumun səviyyəsinə nəzarət edilməli və hiperkalsemiya üçün müvafiq müalicə aparılmalıdır.

 

Saxlanma şəraiti:

25°C-dən çox olmayan temperaturda, nəmdən uzaqda saxlayın. Bütün dərmanları uşaqların əli çatmayan yerdə mühafizə edin.

 

Qapalı qutuda saxlanma müddəti:

24 ay

 

Buraxılış forması:

r qutuda 60 ədəd Caldeva tabletləri. 10 tabletdən ibarət blisterlər formasında,  istifadə qaydaları ilə birlikdə karton qutuda 6 blister olmaqla buraxılır.

 

BFMQƏ-dir, dərman vasitəsi deyildir.

 

İstehsalçı ölkə:

Credence UK Ltd Böyük Britaniya sifarişi ilə

JMB Pharmaceuticals Pvt. Ltd

G-17, Meghal Industrial Estate, Devidayal Road, Mulund West, Mumbai 400080. Hindistan

 

Oxşar məhsullar

Relyef Plus

Relyef Plus


22 azn
Rondol Plus

Rondol Plus


21 azn
Joint Flex gel

Joint Flex gel


18 azn
Joint Flex

Joint Flex


34 azn

Pulsuz çatdırılma

Bizim saytdan hər hansı məhsul sifariş verdikdə, məhsul sizə pulsuz catdırılır.

TƏHLÜKƏSİZ ALIŞ-VERİŞ

Bizim sayt təhlükəsiz alış verişinizə tam zəmanət verir və etibarlı ( Https ) təhlükəsizlik sistemi ilə müqavilə əsasında bütün məlumatlar qorunur.

ORİJİNAL MƏHSULLAR

Bütün məhsullarımız Azərbaycan Respublikasını Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sertifikatlaşdırılıb.

MÜŞTƏRİ XİDMƏTİ

Məhsullarla bağlı istənilən sual yarandıqda, bizimlə əlaqə saxlaya bilərsiz.