Tərkibi:
Hər bir qram gelin tərkibində vardır:
10 mq Mentol;
5 mq Kamfora;
150 mq Metil salisilat.
Təsviri:
Relyef plus ağ rəngli axıcı geldir. Ağrını azaltmaq üçün ağrı nahiyəsinə çəkilir və yüngülcə masaj edilir.
İstifadəsinə göstəriş:
Relyef Plus Geli tamlığı pozulmamış dəriyə tətbiq olunan ağrı kəsici geldir.
Əzələ, vətər, yaxud oynaq ağrılarını aradan qaldırmaq üçün istifadə olunur.
Yaratdığı isinmə hissiyyatı sakitləşdirici təsir göstərir.
İstifadə qaydası və dozası:
Relyef Plus Geli böyüklər və 5 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.
• Dərinin kiçik bir sahəsinə az miqdarda tətbiq edin (hər hansı allergik reaksiya
istisna olmaqla).
• Relyef Plus Geli dəriyə hopana qədər zədələnmiş nahiyəyə yüngülcə masaj edin
• Relyef Plus Gelini gündə 3-4 dəfə tətbiq edin.
Əks göstərişlər:
Dəridə açıq yara olduqda Relyef Plus Geli tətbiq edilmir.
Ehtiyat tədbirləri:
• Dodaqlar və ya gözlər kimi həssas nahiyələrə Relyef Plus Geli tətbiq etməyin.
Təsadüfən gözlərə təmas olarsa, təmiz su ilə yaxalayın.
• Simptomlar yaxşılaşmırsa, həkiminizə müraciət edin.
• Dərinizdə həddindən artıq qıcıqlanma olarsa, Relyef Plus Gelinin istifadəsini
dayandırın.
• Gel tətbiq olunmuş dərini sarğı və ya gips ilə örtməyin.
Yararlılıq müddəti:
36 ay.
Buraxılış forması:
100 qramlıq borucuq içlik vərəqi ilə birlikdə karton qutuda qablaşdırılır.