Joint Flex gel
Xondroitin birləşdirici toxumanın və qığırdaqların vacib tikinti materialıdır. Qlükozaminin və xondroitinin kombinasiyası oynaqların tam qorunmasını təmin edir. Qığırdaq toxumasında fosfor və kalsium mübadiləsini normallaşdırır. Oynaqlarda qığırdaq toxumasını zədələyən fermentləri blokada etməklə qığırdaq toxumasının strukturunun tamlığını qoruyur. Qlükozaminqlükanların sintezini stimulə etməklə qığırdaq toxumasının tamlığını bərpa edir.
Qlükozamin oynaq mayesinin vacib tərkib hissəsidir. Qlükozamin birləşdirici toxumanın əsas struktur materialıdır. O əsasən, oynaq qığırdaqlarında, bağlarda, vətərlərdə, damarların divarında, bronxlarda, dəridə və selikli qişalarda çoxluq təşkil edir. Qlükozamin molekulası mədə-bağırsaq traktından sorulur və daha sonra qlükozaminlə bağlı vacib komponentlərin sintez olunduğu qığırdaq və digər toxumalarda toplanır.
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki komponentlərə qarşı həssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda allergik reaksiyalar.
QƏBUL QAYDASI VƏ DOZALANMASI: Gün ərzində 2-3 dəfə travma və ya xəstəlik müəyyən edilən nahiyələrə sürtülur.
SAXLANMA ŞƏRAİTİ: Quru, 25ºC temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANIN SAHİBİ: Leftside Pharma, Turkiyə