Joint Flex


34 azn
Stokda: Var
Brend : Orsapharm
Son istifadə tarixi: 30.06.2023

HAQQINDA

Təsvir: Real Pharm Nutrition istehsalı olan Joint Flex - oynaqların və bütün dayaq-hərəkət sisteminin keyfiyyətli qidalanması üçün vacib olan kombinə olunmuş preparatdır. Qığırdaq toxumasının tamlığının bərpasına kömək edir və gələcəkdə oynaqlarda potensial problemlərin yaranmasının qarşısını alır.

Joint Flex-in tərkibində  5 komponent var - qlükozamin, xondroitin, MSM, bosvelliya ekstrakti, hialuron turşusu. Qlükozamin oynaq mayesinin vacib tərkib hissəsidir. Xondroitin birləşdirici toxumanın və qığırdaqların vacib tikinti materialıdır. Qlükozaminin və xondroitinin kombinasiyası oynaqların tam qorunmasını təmin edir. Metilsufonilmetan (MSM) – orqanizmdə birləşdirici və digər toxumaların formalaşmasında və funksiyalarının normallaşmasında əvəzolunmaz rola malik, tərkibində kükürd saxlayan üzvi birləşmədir. MSM müxtəlif xəstəliklərin; artrit, osteoxondroz, oynaq ağrıları, bilək vətər sindromunda, eyni zamanda dəri və dırnaq problemlərində geniş istifadə olunur. MSM əzələlərin və vətərlərin qan təchizatını və normal iş fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Oynaqların hərəkətliliyini artırır. Bosvelliya - artrit zamanı olduqca önəmli olan oynaqların qan dövranını yaxşılaşdırır, damarların tamlığını bərpa edir. Hialuron turşusu - sinovial mayenin əsas tərkib hissəsi olub, onun özlülüyünə görə məsuliyyət daşıyır.  O, oynaq qığırdağında hər hüceyrənin örtüyü şəklində (xondrosit) mövcud olan mühüm komponentdir.

Real Pharm Nutrition istehsalı olan Joint Flex-ın üstünlükləri:

• Tərkibində aktiv inqrediyentlərin yüksək konsentrasiyaları var

• Oynaqların hərəkətliliyinin artırılmasına kömək edir

• Birləşdirici toxuma, oynaqlar və bağlarla əlaqəli xəstəliklərin profilaktikası üçün idealdır

• İltihabi prosesləri yüngülləşdirir

• Qığırdaq toxumasının regenerasiyasını sürətləndirir

Məhsulun bir porsiyasında (3 tablet) qida maddələrin tərkibi:

Qlükozamin sulfat - 1500 mq

Xondroitin sulfat - 800 mq

MSM -150 mq

Bosvelliya serrata ekstraktı - 75 mq

Hialuron turşusu - 20 mq

İstifadə qaydaları: Hər gün 1 tablet 3 dəfə qəbul edin.

Bağlamada porsiyaların sayı: 90 tablet

İstehsalçı: Real Pharm Nutrition

Oxşar məhsullar

Vesscal

Vesscal


26 azn
Caldeva

Caldeva


22 azn
Relyef Plus

Relyef Plus


22 azn
Rondol Plus

Rondol Plus


21 azn
Joint Flex gel

Joint Flex gel


18 azn

Pulsuz çatdırılma

Bizim saytdan hər hansı məhsul sifariş verdikdə, məhsul sizə pulsuz catdırılır.

TƏHLÜKƏSİZ ALIŞ-VERİŞ

Bizim sayt təhlükəsiz alış verişinizə tam zəmanət verir və etibarlı ( Https ) təhlükəsizlik sistemi ilə müqavilə əsasında bütün məlumatlar qorunur.

ORİJİNAL MƏHSULLAR

Bütün məhsullarımız Azərbaycan Respublikasını Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sertifikatlaşdırılıb.

MÜŞTƏRİ XİDMƏTİ

Məhsullarla bağlı istənilən sual yarandıqda, bizimlə əlaqə saxlaya bilərsiz.